Neftçi yeni mövsümə hazırlığın birinci mərhələsini tamamlayıb

27.06.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.

525.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Sonuncu gündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini "Palms Sports" Futbol Mərkəzində keçirilən ikitərəfli oyunda sınayıb.

Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda baş məşqçinin ixtiyarında olan bütün futbolçular, o cümlədən əvəzedici komandadan cəlb edilmiş oyunçular forma geyib.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təşkil olunacaq. "Hotel Livada Prestige"də məskunlaşacaq "ağ-qaralar" orada 4 yoxlama görüşü keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью