“Neftçi” yeni transferini açıqladı RƏSMİ

31.08.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” dayaq yarımmüdafiəçisi transferini reallaşdırıb. Xorvatiyalı Viçko Şevel “ağ-qaralar”ın yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək.

Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.

"Gəncəbasar"dan yeni transfer “Sabahın Ulduzları”nda U-15-lər üzrə 7-ci tura yekun vurulub “Qəbələ” Sxadadze ilə yollarını ayırdı - RƏSMİ "Zirə" tarixində üçüncü dəfə: İTKİSİZ İRƏLİLƏYİR Son 10 mövsümdə: Premyer Liqada 2-ci, Gəncədə 1-ci
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью