“Neftçi”, yoxsa “Araz Naxçıvan”?

18.05.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bu gün futzal üzrə Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında saat 19:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq matçda lider “Neftçi” İK ilə “Araz-Naxçıvan” qarşılaşacaq. Oyunu FİFA referiləri idarə edəcəklər.

Neftçi İK – Araz-Naxçıvan
18 may. Bakı İdman Sarayı. Saat 19:00
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov
Ehtiyat hakim: Hidayət Feyzullayev
Hakim-inspektor: Elçin Səmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью