“Neftçi” Yunanıstan klubuna qalib gəldi YENİLƏNİB

11.11.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi H qrupunun VI turunda Yunanıstanın “Mikonos” klubunu qəbul edib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma saat 20:00-da başlayıb.

Təmsilçimiz rəqibini 84:80 hesabı ilə məğlub edib və qrupdakı ilk qələbəsini əldə edib.

Qeyd edək ki, “Neftçi” növbəti matçını noyabrın 18-də Latviyanın VEF “Riqa” komandasına qarşı keçirəcək.

Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında Alperen Şengün “Boston”u "dağıtdı" – NBA-da günün nəticələri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью