Neftçi Yuri Matias ilə müqaviləyə xitam verdi

20.05.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi"nin legioneri Yuris Matias ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, o, artıq komanda ilə sağollaşıb. Futbolçu "ağ-qaralar"dan ayrılır.

Daha öncə mətbuatda müdafiəçinin komandada qalacağı bildirilsə də, təcrübəli oyunçu "Neftçi"dən gedir.

Matias klubla yeni müqavilə imzalamayacaq. Onun karyerasını ölkəsi Braziliyada davam etdirəcəyi gözlənilir.

Xatırladaq ki, futbolçunun klubla sözləşməsi mövsüm sonu başa çatır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью