Neftçi Zirə ilə oyuna itkilərlə çıxacaq

22.11.2024

Icma.az, Operativmedia saytına istinadən bildirir.

"Operativ Media" xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

"Neftçi" “Zirə” ilə matça itkilərlə çıxacaq. Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov və Dembo Darbo zədə səbəbindən, Kilan Lebon isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, noyabrın 23-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Zirə” matçı saat 19:00-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью