“Neftçi” “Zirə” matçında hesab açıldı Yenilənir | Icma.az
Qol.az saytına istinadən Icma.az xəbər verir. Misli Premyer Liqasında 14-cü turun matçları davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşmasında “Neftçi” öz meydanında “Zirə”ni qəbul edir.
Meydan sahibləri matça ciddi itkirlərlə çıxıb. Belə ki, Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov və Dembo Darbo zədə səbəbindən, Kilan L
Samir Abasovun gəlişindən sonra yalnız “Səbail”i məğlub edən “Neftçi” son 3 turda qələbəyə həsrətdir (1 məğlubiyyət, 2 heç-heçə).
"Neftçi” kimi “Zirə” də son turlar inamlı təsir bağışlamır. Rəşad Sadıqovun komandası son 5 oyunun yalnız 1-də qalib gəlib.
Komanda digər 2 matçda uduzub, ikisində heç-heçə edib. Odur ki, bugünkü matçda hər iki tərəf uğursuz gedişə son qoymağa çalışacaq.
Qeyd edək ki, günün ilk oyununda “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası 14-cü tur 23 noyabr (şənbə) 19:00. “Neftçi” - “Zirə” - 1:0 (Birinci hissə) Qol: Filip Ozobiç, 28 Hakimlər: Kamal Umudlu
Tam oxu
Xəbəri oxu