“Neftçi” “Zirə”yə qalib gəldi

23.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqa 14-cü turun oyunları keçirilir.

Gununsesi.info xəbər verir ki, günün sonuncu oyununda paytaxt təmsilçiləri – “Neftçi” və “Zirə” üz-üzə gəliblər.

Üç qolluq matçda sevinən tərəf meydan sahibləri olub.

Qeyd edək ki, daha öncə “Kəpəz” “Araz-Naxçıvan”a 0:2, “Səbail” isə “Qarabağ”a 0:3 hesabıyla uduzub. “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Şamaxı” oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
14-cü tur
23 noyabr

“Neftçi” – “Zirə” 2:1
Qollar: 
Filip Ozobiç, 29. Emil Səfərov, 68 – İssa Cibrilla, 51

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью