“Neftçi”də 1+1 illik yeni müqavilə SON DƏQİQƏ

20.06.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi” də hazırkı durumda bir gün iki günə hesablanır.

Vaxt azalıb, iş çoxdur, hələ ki, yekun nəticə hasil olmur.

Xüsusən legionerlərin gətirilməsində ciddi problemlə üzləşən “ağ-qaralar” diqqəti həm də klubla müqavilə müddəti başa çatan futbolçularla danışıqlara yönəldib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi sözləşməsinin müddəti sonlanan Emil Balayevlə yeni anlaşma əldə edib,

Razılaşmaya əsasən, 32 yaşlı qapıçı qarşıdakı 2 ildə ağ-qara formanı geyinəcək.

Müqavilənin müddəti 1+1 il nəzərdə tutulub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью