“Neftçi”də 3 yeni legioner

14.02.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

"Neftçi"nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.

Apasport.az xəbər verir ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.

Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.

Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

“Kəpəz” - “Neftçi” matçının hakimləri açıqlandı I Liqa: XIV tura yekun vurulub “Neftçi” veteran futbolçuları təbrik edib Əvəzedicilər Liqası: XVI turunun təyinatları bəlli olub “Sabah” iki futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью