Neftçidə 6 itki, 1 qeyrimüəyyən

07.11.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Neftçi" Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Şamaxı" klubu ilə matçın hazırlığını başa vurub. Sport24.az xəbər verir ki, "ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Belə ki, "Neftçi" "Şamaxı" ilə matça ciddi itkilərlə çıxacaq. Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər. Rəhman Hacıyevin oynaması isə sual altındadır.

Qeyd edək ki, noyabrın 8-də "Neftçi Arena"da baş tutacaq "Neftçi" – "Şamaxı" matçı saat 15:00-da başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью