Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Neftçi”nin futbolçusu Ryonosuke Ohori “Araz Naxçıvan”la oyunda zədələnib.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçunun zədəsi ciddidir. Onun daban oynağı bağlarında gərilmə var. Futbolçu bir neçə həftə müalicə olunacaq.
Ohori Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Şamaxı” görüşündə çıxış edə bilməyəcək.
Xatırladaq ki, “Neftçi” ayın 7-də səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.