“Neftçi”də gözlənilən qərar verildi Bu iki nəfər…

30.04.2025

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” daha iki futbolçusu ilə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Yeqor Boqomolski və Azər Əliyevdən gedir. Mövsüm sonu müqaviləsi bitəcək futbolçular komandadan ayrılacaq. Rəhbərlik oyunçulara yeni sözləşmə təklif etmir.

Baş məşqçi Samir Abasov da oyunçuları komandada görmək istəmir. Onlar mütəxəssisin gələcək planlarına daxil deyil.

Əliyev və Boqomolski yayda özlərinə yeni klub tapmalı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью