“Neftçi”də müsbətə doğru dəyişikliklər olacaq”

10.12.2024

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi” Azərbaycan Premyer Liqasında 16 turdan sonra 13 xalla 8-ci sıradadır. Tarixinin ən pis dönəmini keçirən “ağ-qaralar” çempionatda son 6 oyunda 1 qələbə qazanıb, 3 dəfə uduzub.

Komandanın sabiq üzvü Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:

“Neftçi”də müsbətə doğru dəyişikliklər olacaq. Məsələni görürlər və yəqin, transferlər ediləcək, futbolçularla söhbət aparılacaq. “Neftçi” flaqmandır, məsuliyyəti başa düşməyənlərlə yollar ayrılacaq. Ciddi işlər görülməlidir. Düşünürəm ki, komandanım hədəfi avrokuboklara düşməkdir, inanıram ki, bu yolda dəyişikliklər edərək, uğurlu olacaqlar”.

Mütəxəssis “ağ-qaralar”ın qış fasiləsindən sonra daha yaxşı olacağına ümid etdiyini bildirdi:

“Samir Abasovun yaxşı addımlar atacağını düşünürəm. O, elə xarakterlidir ki, ancaq qələbə fikirləşir. Yaxşı olacağına inanıram. Heyətdə dəyişikliklər olmalıdır və yəqin, qış fasiləsində bu istiqamətdə işlər görüləcək”.

Şahin Cəfərov 

Əsas xəbərlər, P.S. “Neftçi” dəyişikliklərin astanasında

9 Dekabr 2024, 20:21

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Qriqorçuk gətirdi, Abasov göndərəcək

9 Dekabr 2024, 16:25

Əsas xəbərlər, Manşet, PRESSinq -12; itirilmiş mövsüm?

9 Dekabr 2024, 10:31

Əsas xəbərlər, Premyer liqa Vaqif Cavadov: “Kaş ki, atam bu günü görərdi”

8 Dekabr 2024, 20:42

Əsas xəbərlər, Premyer liqa Samir Abasov: “Vəziyyət nəzarətimizdədir”

8 Dekabr 2024, 20:31

Əsas xəbərlər, Premyer liqa “Neftçi” Sumqayıtda xalsız qaldı

8 Dekabr 2024, 19:58

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью