futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Finlandiyanın “Qnistan” klubunda çıxış edən Adeleke Akinyemi ilə anlaşıb.
Məşhur “transfermarkt” portalı artıq forvardın “Neftçi”də olduğunu qeyd edib. Klubdan transferlə bağlı rəsmi açıqlama yoxdur.
Nigeriyalı forvard karyerası ərzində Albaniyada “Skenderbe”, Şimali Makedoniyada “Renova”, Latviyada “Ventspils”, Norveçdə “Start”, “Hamkam”, Çexiyada “Karvina”, Finlandiyada “İlves” və “Qnistan”da forma geyinib.
Akinyemi peşəkar futbolçu kimi 255 oyunda 96 qol vurub, 14 məhsuldar ötürmə edib.