Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qış transfer pəncərəsini səssiz keçirən “Neftçi”də islahatlar davam edir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub artıq yayda yollarını ayıracağını futbolçuları müəyyənləşdirir.
Bunlardan biri də komandanın yarımmüdafiəçi Elvin Camalovdur. Orta xətt oyunçusu yeni baş məşqçi Yuri Vernidubun planlarına daxil deyil. Yayda klubla müqaviləsi bitən futbolçu ilə yeni sözləşmə imzalanmayacaq.
Çalışdırıcı “Neftçi”də dayaq yarımmüdafiəsi mövqeyində çıxış edən futbolçuların durumlarından narazıdır. Mütəxəssis orta xəttin arxa hissəsində əsasən Sessi Dalmeyda və İfeanyi Metyuya şans tanıyır.
Onun gələcək mövsümlə bağlı planlarında Elvin Camalov və Edvin Kuç yoxdur. Lakin Kuçun klubla daha 1 mövsümlük müqaviləsinin olması “Neftçi”ni gözləməyə vadar edir. Tərəflər razılığa gələ bilsələr, onun da yayda komandanı tərk etmək ehtimalı böyükdür.
Qeyd edək ki, Kuç 2024-cü ilin yayından, Camalov isə ötən ilin yanvar ayından “Neftçi”də çıxış edir.
Dambrauskas: “Avropada Azərbaycan adı çəkiləndə ilk "Qarabağ" yada düşür” “Qarabağ” ilk transferini reallaşdırdı - EKSKLÜZİV "Sabah" “Zirə” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB Millimizin üzvü "Partizan"da - RƏSMİ Azər Bağırov: "Cərimə meydançasında topu verdik ki, qol vursunlar"