“Neftçi”də üzlər gülür FOTOLAR

08.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi” Azərbaycan Premyer Liqasının 6-cı turunda “Zirə” ilə oyunun hazırlığını davam etdirir.

Futbolpress.az xəbər verir ki, bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Günün ilk yarısında baş tutan məşqdə əsas və U-21 milli komandaların düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin də iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq.

Sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 18:00-da başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью