“Neftçi”də yeni basketbolçu İdman və Biz

02.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Neftçi" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Bakı təmsilçisi Polayt Edvard Leonu rənglərinə bağlayıb.

198 sm boya malik oyunçu ilə mövsümün sonunadək rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, bu, “ağ-qaralar”ın fasilədən sonra 3-cü transferi olub. Ona qədər “Neftçi” Derrel Camal Brentli və De Ancelo Uilyam Stüartla güclənib. Əvəzində Kevion Bleylok, Ayzeya Lyuis, Alonzo Kempbel, Broderik Robinson və Bobi Harvini yola salınıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью