“Neftçi”də yeni sponsor

18.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Neftçi” və “Aerowingo” arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.

Apasport.az xəbər verir ki, anlaşmaya əsasən, “Aerowingo” növbəti üç mövsüm ərzində klubun rəsmi səyahət tərəfdaşı (Official Travel Partner) olacaq.

Eyni zamanda, şirkətin loqosu komandanın rəsmi oyun formalarının arxa hissəsinin aşağı bölməsində yer alacaq.

Əməkdaşlıq çərçivəsində “Aerowingo” klubun qış təlim-məşq toplanışlarının əsas tərəfdaşı kimi çıxış edəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq layihələrinin, rəqəmsal kommunikasiya kampaniyalarının və azarkeşlər üçün nəzərdə tutulan xüsusi təşəbbüslərin birgə həyata keçirilməsini təmin edəcəklər.

“Aerowingo” beynəlxalq aviabiletlərin, otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması üzrə fəaliyyət göstərən onlayn səyahət platformasıdır. Platforma fərdi istifadəçilərə, korporativ müştərilərə və turizm agentliklərinə geniş səyahət həlləri təqdim edir.

“İmişli”nin diqqətinə: Şir həmişə şir deyil… Əvəzedicilər Liqasının formatı bəlli oldu Azərbaycan Kubokunun finalı mövsümün gedişində baş tutacaq MPL: İlk turun püşkü atıldı Şahin Diniyev: “Klublar qazanır, amma milli itirə bilər”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью