“Neftçi”dən APOEL ə rədd cavabı

07.06.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Breno Almeyda ilə maraqlanan Kiprin APOEL klubuna "Neftçi"nin cavabı bəlli olub. Sport24.az-ın məlumatına görə, Bakı təmsilçisi braziliyalı vingeri heyətdə saxlamaq niyyətindədir və onun transferinə icazə verməyi planlaşdırmır.
Mənbənin bildirdiyinə əsasən, APOEL 27 yaşlı futbolçu ilə maraqlansa da, "ağ-qaralar" oyunçunun satılmaması qərarını verib. Klub rəhbərliyi ilə yanaşı, baş məşqçi Yuri Vernidub da Almeydanın çıxışından razıdır. Ukraynalı mütəxəssis futbolçunun gələcək planlarına daxil olduğunu rəhbərliyə çatdırıb.
Qeyd edək ki, Breno Almeyda bu ilin qışında Kiprin "Etnikos" klubundan "Neftçi"yə transfer olunub.
Xatırladaq ki, paytaxt təmsilçisi növbəti mövsüm UEFA Konfrans Liqasında mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью