“Neftçi”dən ayrılan Abubakar Türkiyəyə qayıdır

22.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin “Bodrum” klubu son olaraq “Neftçi”də çıxış etmiş Vensan Abubakar ilə anlaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “NTV Spor” nəşri məlumat yayıb.

I Liqa təmsilçisinin rəhbərliyi 34 yaşlı hücumçunu Bodruma dəvət edib. Təcrübəli forvardın yaxın saatlarda şəhərə gələcəyi və yekun danışıqlardan sonra rəsmi sözləşməyə imza atacağı gözlənilir.

Azad agent statusu daşıyan kamerunlu hücumçu Türkiyədə daha əvvəl “Beşiktaş” və “Hatayspor” formalarını da geyinib.

Abubakar ötən mövsüm “Neftçi”nin şərəfini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью