Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Neftçi"dən ayrılan Vensan Abubakar Türkiyəyə geri qayıdıb.
Moderator.az xəbər verir ki, kamerunlu hücumçu "Bodrum"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı hücumçu ilə 1+1 şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında “Neftçi”yə transfer olunan Abubakar “ağ-qaralar”ın heyətində 18 görüşdə 9 qol vurub.