“Neftçi”dən ayrılan baş məşqçi bu kluba rəhbərlik edəcək

19.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri məlum olub.

"Unikal" xəbər verir ki, ukraynalı çalışdırıcı ölkəsinin LNZ (Çerkassı) klubuna rəhbərlik edəcək. 59 yaşlı mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmayıb.

O, bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.

Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi” ilə yanaşı, “Qəbələ” komandasının da baş məşqçisi olub. Mütəxəssis bu ilin oktyabr ayında “Neftçi” ilə yollarını ayırıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью