Neftçidən ayrılan forvard ölkəsində oynayacaq

15.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Mövsümün gedişində “Neftçi”dən ayrılan kolumbiyalı hücumçu Brayan Moreno karyerasına harada davam edəcəyi bəlli olub.

Sportal.az xəbər verir ki, kolumbiyalı karyerasını vətənində davam etdirəcək.

25 yaşlı hücumçu “Amerika de Kali” ilə bir illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Moreno bakılıların heyətində 18 oyuna çıxıb, 4 dəfə fərqlənib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью