“Neftçi”dən ayrılan futbolçu xarici klublardan təklif alıb

14.07.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Neftçi”dən ayrılan İsmayıl Zülfüqarlı karyerası ilə bağlı qərarını verməyib.

Futbolpress.az-ın məlumatına görə, cinah oyunçusu yerli və xarici klublardan təklif alıb. İsmayıla Latviya, Polşa və Türkiyədən təklif var.

Zülfüqarlı hələ seçimini etməyib.

Son iki mövsümü “Turan Tovuz”da keçirən müdafiəçi “Neftçi”nin yetirməsidir.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью