“Neftçi”dən ayrılan Qriqorçukun yeni ünvanı bəlli olub | Icma.az
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Neftçi”dən ayrılan Roman Qriqorçukun yeni iş yeri məlum olub.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin LNZ klubuna rəhbərlik edəcək.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qriqorçuk bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.
O, Çerkassi klubunda işə 2025-ci ilin yanvarında başlayacaq.
LNZ Ukrayna çempionatında 17 turdan sonra 19 xalla 16 komanda arasında 10-cu sıradadır.
Qriqorçuk mövsümün əvvəlində “Neftçi”yə baş məşqçi təyin edilmişdi.
O, Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməyib və istefaya göndərilib.
Şkriniar karyerasını Türkiyədə davam etdirə bilər Arda Güler üçün yeni təklif “Mançester Yunayted”də şok ayrılıq: Yayda klubu tərk edəcək “Roma” Dibalaya alternativ tapıb “İnter” müdafiəçisinə yeni müqavilə təklif edəcək Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu