Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Neftçi”dən ayrılan Vensan Abubakarın yeni ünvanı bəlli olub.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
Kamerunlu forvard “Bodrumspor”la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında “Neftçi”yə transfer olunan Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matçda meydana çıxıb və 9 qol vurub.
Rafael Leao “Qalatasaray”da: SON DƏQİQƏ “Liverpul”da itki: KYEZA SIRADAN ÇIXIB İspaniya millisinin üzvü ölkəsinə qayıdır "Çelsi"nin futbolçusu İspaniya klubunda "İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşib