futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 23-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçından 2 saat əvvəl – 17:00-dan etibarən “ağ-qaralar”ın azarkeşləri üçün xüsusi fanzona yaradılacaq.
Futbolpress.az xəbər verir ki, klubun rəsmi fan mağazasının qarşısında QOLAT-la birgə təşkil olunacaq fanzonada “Neftçi” azarkeşlərini müxtəlif əyləncələrlə yanaşı, hədiyyələr də gözləyir!
“Neftçi” – “Zirə” oyunu saat 19:00-da başlayacaq.