Icma.az, Qol.az saytına istinadən bildirir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santosun QOL.az saytına müsahibəsi - İlin ilk rəsmi ma
Məğlubiyyəti necə şərh edərdiniz? - Çətin oyun oldu. Qapımızda erkən qol gördük. Məncə, biz bu matçı yaxşı keçirdik.
Təəssüf ki, qol vura bilmədik. Halbuki şanslarımız var idi. Artıq bu oyunu unutmalı, qarşıdakı matçları düşünməliyik.
- Qeyd etdiniz ki, matçı yaxşı keçirdiniz. Lakin 90 dəqiqə ərzində “Zirə”nin qapısı qarşısında bir real qol epizodu belə yaratmadınız...
- Xeyr, ilk hissədə 2-3 qol epizodumuz var idi. “Zirə”nin də elə də çox şansı olmadı. Onlar əsasən müdafiədən oynayırdılar.
Matçın sonlarında, 75-ci dəqiqədən sonra ümumiyyətlə rəqibi qapısına doğru sıxışdırmışdıq. Təəssüf ki, heç cür istəyimizə çata bilmədik.
Yekunda da meydanı xalsız tərk etdik. - 3 tur əvvələ kimi liderlə aranızda xal fərqini çox az idi.
Hətta “Araz-Naxçıvan”ın “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacağını ehtimal edənər də vardı.