Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Neftçi" qış "tranfer pəncərəsi"ndə "Qəbələ"nin futbolçusu Eşqin Əhmədovu heyətinə qatmaq istəyir. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.
"Ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub gənc futbolçunun xidmətində maraqlıdır. Ukraynalı mütəxəssis Əhmədova sol cinahda Falaye Sakonun əvəzləyicisi kimi baxır. Paytaxt təmsilçisinin qış fasiləsində heyətini gücləndirmək planları çərçivəsində bu transfer variantını nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, Eşqin Əhmədov Azərbaycan millisinin Andorra yoldaşlıq görüşündə debüt edib və ilk matçında qol vurmağı bacarıb.