“Neftçi”dən gedən legioner yenidən Azərbaycana QAYIDA BİLƏR

29.08.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Neftçi”yə lazım olmadığı üçün bu yay komandadan göndərilən Dembo Darbonun Azərbaycana geri qayıtmaq ehtimalı var.
Bizim.Media xəbər verir ki, qambiyalı hücumçu Premyer Liqamızda mübarizə aparan bir klubun maraq dairəsindədir.
Darboya Avropa və ərəb ölkələrinin bir çox klubundan təklif gəldiyi üçün Premyer Liqa klubumuza hələ ki dəqiq cavab verməyib. Darbo yaxın günlərdə Azərbaycan klubuna qəti qərarını bildirəcək.
27 yaşlı mərkəz hücumçusu “Real de Bancul”(Qambiya), “Ndiambur”(Seneqal), “Şkupi”(Şimali Makedoniya), “Şaxtyor”(Soliqorsk, Belarus), “Əl-Nəsr”(BƏƏ), “Astana”, “Ordabası”(hər ikisi Qazaxıstan) klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью