“Neftçi”dən legioner həmləsi

28.08.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, surinammənşəli belçikalı sağ vinger Denzel Jubitana “ağ-qaralar”ın heyətinə qoşulub. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında “22” nömrəli forma altında çıxış edəcək.

Əsasən hücumun sağ cinahında oynayan Jubitana taktiki quruluşdan asılı olaraq hücum xəttinin müxtəlif mövqelərində də tapşırıq icra edə bilir. Təcrübəli oyunçu ötən mövsüm formasını geyindiyi Yunanıstanın “Atromitos” klubunda keçirdiyi 36 qarşılaşmada 5 dəfə fərqlənib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerası ərzində Yunanıstandan əvvəl Niderland və Belçika çempionatlarında da top qovan Jubitana 2024-cü ildən dəvət aldığı Surinam milli komandasının heyətində 16 matçda meydana çıxaraq 1 qola imza atıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью