“Neftçi”dən legioner transferi

10.07.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi” yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda “ağ-qaralar”a keçib. 29 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir.

Son mövsümü Kiprin “Apollon” (Limassol) komandasında keçirən yarımmüdafiəçi 34 matçda meydana çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью