“Neftçi”dən Qurban Qurbanovun adını çəkdilər: “O da bir neçə il gözləyib”

10.12.2024

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Öz təcrübəmdən deyim, hansısa baş məşqçinin gəlişi o demək deyil ki, dərhal çempion olacaqsan”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib

Braziliyalı legioner “Neftçi”nin çempion olması üçün bu heyət başdan-ayağa dəyişməlidirmi” sualına cavab verib.

Azərbaycanda ikinci mövsümünü keçirən “sambaçı” “Qarabağ”ı misal çəkib:

“Bizə dəqiq neçə il olduğunu deyə bilmirəm. Ancaq Qurban Qurbanov “Qarabağ”ı çempion etmək üçün bir neçə il işləyib, gözləyib.

“Neftçi” böyük klubdur. Ənənəsi var.

İnanıram ki, “Neftçi” də gec-tez o səviyyəyə qayıdacaq, azarkeşlərini sevindirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью