“Neftçi”dən Samir Abasovla bağlı QƏRAR

24.11.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Premyer Liqanın XII turunda “İmişli”yə uduzan “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır.

Futbolpress.az“ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Samir Abasovla yolları ayıracaq. Mövsümdəki uğursuz nəticələr və son olaraq debütanta məğlubiyyət rəhbərliyi ciddi narazı salıb. Abasovla bu gün görüş keçiriləcək və böyük ehtimalla, onunla müqaviləyə xitam veriləcək.

“Neftçi” Premyer Liqada 12 turdan sonra 15 xalla 12 komanda arasında 8-ci sıradadır.

Samir Abasov 2024-cü ilin oktyabrından “ağ-qaralar”ı çalışdırır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью