“Neftçi”dən “Səbail”ə 3 cavabsız qol

18.05.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.

Milli.Az xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью