“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!

22.06.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Konfrans Liqasına hazırlığı davam etdirən “Neftçi” yeni transferini açıqlayıb. “Ağ-qaralar” Portuqaliya elitasında çıxış edən “Santa Klara”nın əsas oyunçularından biri Qustavo Klismanı transfer edib.

“Football-plus.az” xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin keçidi 300 min avroya baş tutub. Portuqaliya çempionatının son mövsümündə 16 oyuna çıxan, bir qol vuran yarımmüdafəçi daha əvvəl Yaponiya və vətəni Braziliyanın komandalarında çıxış edib.
İfenyu Metyu, Emin Mahmudov və Emil Səfərovun mövqeyində çıxış edəcək Klismanın parlamaq şansı böyükdü. Rotasiyaya üstünlük verən Yuri Vernidub braziliyalı yarımmüdəfiəçini start heyətində görə və ya Mahmudovun alternativi kimi dəyərləndirə bilər.
Xatırladaq ki, “Neftçi” iyunun 28-dək Bakıda hazırlaşacaq, iyunun 29-dan iyulun 14-dək isə Sloveniyada olacaq.
İSRAYIL XEYRULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью