Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayır.
QOL.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gəlir. Hazırda “Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir.
Bakıdakı “8-ci kilometr” stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayıb. Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.
Xatırladaq ki, “Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib.
Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Zirə” isə növbəti oyununu sabah Estoniyada yerli “Payde”yə qarşı keçirəcək.
20:00. "Neftçi" - "Dinamo" - 2:0 (Birinci hissə)
Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8
Baş hakim: Kostas Fellas, Kipr
(8-ci km stadionu)