futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” ilk yoxlama oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Rumıniyanın “ÇFR Kluj” komandası ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 1:2.
“Neftçi”nin yeganə qolunu Bassala Sambu vurub.
Yuri Vernidubun rəhbərlik etdiyi komanda iyulun 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə qarşılaşacaq.