“Neftçi”dən yeni rekord

17.06.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, Samir Abasovun yetirmələri XXXV turda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

“Ağ-qaralar” sonuncu böyükhesablı qələbəni də ötən mövsümün XXXV turunda, mayın 18-də, elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdı. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub.

Bununla da “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb. Yalnız 2009/10 və 2015/16 mövsümlərində “ağ-qaralar” belə nəticəyə sevinməyib. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə çempionatlar tarixində yeni rekord qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью