Neftçilər prospekti bu şəxsin adını daşısın! TƏKLİF

21.11.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neftçilər prospektinin adının dəyişdirilməsi təklif edilib. 

Modern.az xəbər verir ki, bu təkliflə Azərbaycan tarixçisi, tarix elmləri doktoru, dosent, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev çıxış edib. O, bu barədə İsa bəy Hacınskiyə həsr olunan sənədli filmdə araşdırmaları haqqında danışarkən bildirib.

Alimin sözlərinə görə, İ. Hacınski Azərbaycan neft tarixində xüsusi rola malik şəxsdir.

“Bu səbəbdən indiki Neftçilər prospektinin adını Hacınski prospekti olsa daha ədalətli olardı” - deyə İ.Niftəliyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью