Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Bakı şəhərində avtonəqliyyat sıxlığına səbəb olan növbəti yol-nəqliyyat hadisəsi dünən səhər saatlarında Nəsimi rayonu, Neftçilər prospektində baş verib.
BAKU.WS-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hadisə nəticəsində 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Lakin yol polisi əməkdaşlarının sürətli müdaxiləsi ilə avtomobillərin sərbəst hərəkəti qısa müddət ərzində bərpa edilib.