Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Bakıvaxtı.az "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Belə ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.