“Neftçi”ni məyus edən xəbər DƏQİQLƏŞDİ! İdmanXəbər

17.01.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi” Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah”la oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, komandanın yarımmüdafiəçisi  Rafael Quzzo sıradan çıxıb. Onun zədəsinin ciddi olduğu bildirilir.

Portuqaliyalı oyunçu “bayquşlar”a qarşı görüşdə komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, “Neftçi” – “Sabah” matçı bazar günü saat 18:30-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью