“Neftçi”nin 25 il gözlədiyi start

17.08.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" Misli Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub. Ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu I turda "Sumqayıt"a qalib gəlib – 3:1. Sport24.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" sonuncu dəfə 2022/23 mövsümünə qələbə ilə başlamışdı. Həmin vaxt "Neftçi" səfərdə "Şamaxı"nı 1 qolla məğlub edib.

"Neftçi"nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/14 mövsümündə qeydə alınmışdı. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunub – 4:1.

"Ağ-qaralar" startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdı. 2001/02 mövsümündə "Ümid"in qonağı olan "Neftçi" 4 cavabsız qolla qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью