“Neftçi”nin 3 oyunçusu zədə səbəbindən Sabah la görüşü buraxacaq

18.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

“Neftçi” Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah” klubu ilə matçın hazırlığını başa vurub.

"Report" xəbər verir ki, “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən bu görüşü buraxacaqlar.

Qeyd edək ki, yanvarın 19-u “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 18:30-da başlanacaq.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью