Neftçinin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib

02.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi Arena"da "Neftçi" PFK-nın U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-17 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. Sport24.az xəbər verir ki, "Neftçi" Futbol Akademiyasının direktoru Cemal Bülbül, koordinatorlar Elşad Əhmədov və Sənan Qurbanovun rəhbərliyi altında təşkil olunan tədbirdə paytaxt təmsilçisinin üzvlərinə oyun qaydaları və danışılmış oyunlara qarşı mübarizə barədə məlumatlar verilib.

Bundan başqa, irqçiliyə qarşı mübarizə və antidopinq qaydalarından da bəhs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью