“Neftçi”nin baş məşqçisi: “Məqsədimiz belə davam etməkdir” İdman və Biz

18.12.2024

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Bu oyun və qalibiyyət bizim üçün çox vacib idi”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Omid Movahed Nejat deyib.

O, ABL-nın VII turunda “Sabah"ı 71:66 hesabı ilə məğlub etdiyi matçı şərh edib. Mütəxəssis bildirib ki, ilk qələbə onlara böyük stimul olub: “Qələbə qazanmaq və uğurlarımıza qayıtmaq lazım idi. Qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq. Bu oyunda hər kəs yaxşı idi. Müdafiəmiz daha gözəl oyun nümayiş etdirdi. Əsas məqsədimiz belə davam etməkdir. İndi ancaq NTD ilə oyunu düşünürük və qələbə qazanmağı qarşımıza hədəf qoymuşuq”.

Qeyd edək ki, bu, “Neftçi”nin mövsümdə ilk qələbəsi olub. “Ağ-qaralar” növbəti turda, dekabrın 20-də NTD-ni sınağa çəkəcəklər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью