sport24.az saytına istinadən Icma.az xəbər verir. "Bildiyiniz kimi, yanvarın 3-dən təlim-məşq toplanışındayıq. Komanda bir araya gəlib.
Çox gözəl hazırlıq prosesi keçirik. Komandada əhval-ruhiyyə yaxşıdır.
Baş məşqçinin bizdən tələbləri daha çox fiziki cəhətdən lazımi formada olmağımızdır.
Ümumi baxanda, futbolçular bir-birinə daha da adaptasiya olur. Bir-birimizlə zarafatlaşırıq. Atmosfer əladır".
Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yuri Matias klubun mətbuat xidmətinə açıqlamasında paytaxt təmsilçisinin hazırlıq prosesi barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi təlim-məşq toplanışının ona və komanda yoldaşlarına yaxşı təsir etdiyini bildirib: "Əlbəttə ki, burada keçirdiyimiz məşqlər bizə yaxşı təsir edir.
Təkcə fiziki cəhətdən yox, mental baxımdan da. Çünki futbolçular daha çox birlikdə vaxt keçirirlər.
Bir-birimizi daha yaxından tanımağa başlayırıq. Bu məqamlar bizə oyunlarda kömək olacaq.