“Neftçi”nin daha 2 rəqibi bəlli olub

14.07.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel Təl-Əviv”, ayın 22-də isə Polşanın “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komandamızın digər yoxlama görüşləri iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.

Azərbaycan klubu braziliyalı futbolçunun transferini açıqlayıb Donnarumma İngiltərə yolunda XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub Ceyhun Sultanov: "Hələlik bu, "Qarabağ" üçün uğurlu yoldur" Vaskes "İmişli"də
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью